İrlandiya və Avstriyanın “Eurovision-2012” təmsilçisi məlum olub - FOTO

İrlandiya və Avstriyanın “Eurovision-2012” təmsilçisi məlum olub - <font color=red>FOTO</font>
# 25 fevral 2012 08:24 (UTC +04:00)
APA-nın məlumatına görə, ötən gün İrlandiyanın “Eurovision-2012” təmsilçisinin seçilməsi üçün «EuroSong 2012» adlı milli finalı keçirilib. Seçimlərdə 5 namizəd mübarizə aparıb. Jedward qardaşları həm tamaşaçıların, həm də münsiflərin səsverməsi nəticəsində 114 səslə qalib olub. Əkiz qardaşlar «Waterline» mahnısı ilə Bakı səhnəsində çıxış edəcəklər.

Qeyd edək ki, İrlandiyanı ötən il də “Eurovision”da Jedward qardaşları təmsil etmiş və 8-ci yeri qazanmışdı.

İrlandiya bu il mayın 22-də keçiriləcək I yarımfinalda çıxış edəcək.

Avstriya da “Eurovision-2012” təmsilçisini müəyyənləşdirib. Seçimlərin final mərhələsində iki ifaçı təmsilçilik uğrunda yarışıb, nəticədə «Trackshittaz» qrupu Bakı səhnəsində çıxış etmək şansı qazanıb.

Qrup «Woki Mit Deim Popo» mahnısını (ingilis dilində «Shake Your Ass» adlanır) ifa edəcək. «Trackshittaz» “Eurovision-2011”-də də milli seçimlərdə iştirak edib, amma finalda 2-ci yeri tutaraq bu hüququ qazana bilməyib.

Avstriya təmsilçisi 57-ci “Eurovision” yarşmasının I yarımfinalında finala çıxmaq uğrunda yarışacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR