Futbol üzrə Türkiyə Super Kuboku uğrunda matç Azərbaycanda oynana bilər

Futbol üzrə Türkiyə Super Kuboku uğrunda matç Azərbaycanda oynana bilər
# 23 may 2012 08:46 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Türkiyə Super Kuboku uğrunda matç Azərbaycanın paytaxtı Bakı şəhərində oynana bilər. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) ölkə çempionu “Qalatasaray” və ölkə kubokunun sahibi “Fənərbağça” arasında keçiriləcək qarşılaşmanın Bakıda təşkil olunmasını planlaşdırır. TFF hər iki kluba müraciət edərək matçın Bakıda təşkilinə dair onların fikirlərini öyrənib. Hər iki klubun bu müraciətə müsbət yanaşdığı bildirilir.

TFF-nin bununla bağlı Azərbaycan tərəfinə müraciət edib-etmədiyi hələlik bəlli deyil. Qarşılaşmanın tarixi də hələ müəyyənləşdirilməyib. Matçın iyul ayının sonlarında keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR