Şəmkir Sərhəd Dəstəsinin “Böyük Kəsik” Sərhəd Nəzarəti Məntəqəsində yeni kompleks istifadəyə verilib

Şəmkir Sərhəd Dəstəsinin “Böyük Kəsik” Sərhəd Nəzarəti Məntəqəsində yeni kompleks istifadəyə verilib
# 19 may 2012 11:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir Sərhəd Dəstəsinin “Böyük Kəsik” Sərhəd Nəzarəti Məntəqəsində yeni kompleks istifadəyə verilib. DSX-nin Mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, kompleksdə inşa olunmuş altımərtəbəli binanın birinci mərtəbəsində sərhəd nəzarəti məntəqəsinin qərargahı yerləşdirilib. Qərargahda lazımi xidmət şəraiti yaradılıb, xidmət otaqları kompüterlərlə, digər avadanlıq və vasitələrlə təmin olunub. Binanın üst mərtəbələrində bir, iki və üç otaqlardan ibarət 31 mənzil inşa edilib. Sərhədçi zabit və gizirlər üçün tikilmiş bu mənzillər mebel avadanlığı ilə təmin olunub.
Kompleksdə hamam-camaşırxana, qazanxana, nəzarət-buraxılış məntəqəsi, su anbarı və digər tikililər var. Kompleksin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR