Azərbaycan “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Üçüncü Əlavə Protokolu imzalayıb

Azərbaycan “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Üçüncü Əlavə Protokolu imzalayıb
# 15 may 2012 14:18 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin sənədi Azərbaycan dövləti adından imzalamaq üçün səlahiyyət verilmiş ədliyyə naziri Fikrət Məmmədov bununla əlaqədar mayın 14-də Strasburqa səfər edib. AŞ Baş katibi Turbyorn Yaqland, baş katibin müavini Mod De Bur-Bukikkio və digər məsul şəxslərin iştirakı ilə həmin protokolun imzalanma mərasimi keçirilib. Mərasimdən sonra F.Məmmədov T.Yaqlandla görüşüb.

Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, AŞ ilə əməkdaşlıq, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlər qeyd olunub. Söhbət zamanı həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, mətbuat azadlığının və vətəndaş cəmiyyətinin inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Nikolas Bratsa ilə görüş keçirilib. Görüşdə Avropa Məhkəməsinin qərarlarının icrasına mühüm önəm verilərək bu sahədə görülən işlər vurğulanıb. Azərbaycanın problemli ölkələr sırasında olmadığını bildirən sədr insan hüquqları sahəsində Azərbaycanda qəbul olunmuş Milli Fəaliyyət Proqramının əhəmiyyətini qeyd edib.

Görüşdə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR