Müdafiə Nazirliyi: İlqar Verdiyev şəhid adına uyğun olaraq son mənzilə yola salınacaq

Müdafiə Nazirliyi: İlqar Verdiyev şəhid adına uyğun olaraq son mənzilə yola salınacaq
# 14 iyun 2012 13:01 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev bildirib.

Teymur Abdullayev deyib ki, İlqar Verdiyev xidməti vəzifəsini yerinə yetirərkən ağır yaralanıb və sonradan vəfat edib: “O şəhiddir. Bu uca ada uyğun olaraq da son mənzilə yola salınacaq”.

Qeyd edək ki, İlqar Verdiyev bu gün saat 13.30-da Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalında vəfat edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR