Hər ay Facebook-a ən azı 900 milyon istifadəçi daxil olur

Hər ay Facebook-a ən azı 900 milyon istifadəçi daxil olur
# 24 aprel 2012 01:56 (UTC +04:00)
Bakı-APA. Facebook sosial şəbəkəsinə ayda ən azı bir dəfə daxil olan şəxslərin sayı 900 milyonu keçib. Facebook-un ABŞ Qiymətli kağızlar və birjalar üzrə komissiyasına təqdim etdiyi sənədlər bunu deyir.

2012-ci ilin birinci rübündə sosial şəbəkənin auditoriyası 56 milyon nəfər və 6,6% artaraq martın 31-də 901 milyon istifadəçini keçib.

Hər gün sayta təxminə 526 milyon istifadəçi daxil olur.

Facebook-un rəqibi Google+ sosial şəbəkəsi 170 milyon istifadəçini cəlb edə bildiyi barədə məlumat yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR