“Yəhovanın şahidləri” dini icması Dövlət Komitəsinə qarşı kassasiya şikayəti verib

“Yəhovanın şahidləri” dini icması Dövlət Komitəsinə qarşı kassasiya şikayəti verib
# 08 oktyabr 2012 09:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Yəhovanın şahidləri” dini icması və icmanın təmsilçiləri Rövşanə Quliyeva və Elşən Ağalarov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) qarşı kassasiya şikayəti verib. APA-nın məlumatına görə, kassasiya şikayətinə Ali Məhkəmədə bu həftə baxılacaq.

Qeyd edək ki, “Yəhovanın şahidləri” dini icması və icmanın təmsilçiləri Rövşanə Quliyeva və Elşən Ağalarov DQİDK-yə qarşı qaldırdığı iddiada dini ədəbiyyatın idxalı ilə əlaqədar müraciətlərin təmin olunamaması barədə məktubların qanunsuz hesab olunması tələbini irəli sürüb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib, Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR