Nyu-Yorkda yaşayan gənc azərbaycanlı bəstəkarın fortepiano üçün yazılmış əsəri təqdim edilib - FOTO

Nyu-Yorkda yaşayan gənc azərbaycanlı bəstəkarın fortepiano üçün yazılmış əsəri təqdim edilib - <font color=red>FOTO </font>
# 14 fevral 2012 13:58 (UTC +04:00)
Bakı - APA. Nyu-York şəhərində yaşayan gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin fortepiano üçün yazılmış “Bütün yağan qar üçün ağ boşluqlar” ("Espacio blanco para toda la nieve") əsəri tamaşaçılara təqdim edilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ABŞ-ın müxtəlif musiqi akademiyalarında təhsil alan gənc bəstəkarların, habelə məzunların yeni əsərlərindən ibarət konsert proqramları da təqdim olunub.

Bakı Musiqi Akademiyasının məzunu olan Türkər Qasımzadə 2011-ci ildə Manhettan Musiqi Akademiyasında magistr dərəcəsi almışdır. Hal-hazırda gənc bəstəkar Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən olan, Ohayo ştatında yerləşən Sinsinati Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq təhsilini davam etdirir.

Bəstəkarın əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya, Avstraliyada keçirilmiş müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR