ABŞ-da “Sendi” qasırğası nəticəsində həlak olanların sayı 88-ə çatıb

ABŞ-da “Sendi” qasırğası nəticəsində həlak olanların sayı 88-ə çatıb
# 01 noyabr 2012 23:29 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Steyton Aylend administrasiyası bildirib ki, su basması nəticəsində ölən dörd və iki yaşlı oğlan uşaqların meyiti tapılıb. Daha bir evin dağıntıları altında 51 yaşlı Con Filippoviçin və onun 20 yaşlı oğulun meyiti tapılıb.
Beləliklə, “Sendi” qasırğasının Karib adalarında 67, Kanada 2 nəfər daxil olmaqla ümumi qurbanlarının sayı 157 nəfərə çatıb. Elektrik enerjisiz qalan evlərin sayı 8 milyondan 4,9 milyona enib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR