«Azərbaycan Sənaye Bankı» kapitalın artırılmasına dair qərar qəbul edib

«Azərbaycan Sənaye Bankı» kapitalın artırılmasına dair qərar qəbul edib
# 29 avqust 2012 12:16 (UTC +04:00)
Bakı Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin səhmdarlarının son ümumi yığıncağında bankın məcmu kapitalının 2014-cü ilə qədər 50 mln. manata çatdırılması ilə bağlı qərar qəbul olunub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu il iyul ayının sonuna bankın aktivləri 171,75 mln. manat, məcmu kapitalı 31,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 28 mln. manat təşkil edib.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə fəaliyyətə başlayıb. Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərin sayı 26 min, cəmi müştərilərin sayı isə 46 mindən çoxdur.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları 2014-cü il yanvarın 1-dək məcmu kapitalını ən azı 50 mln. manat çatdırmalıdır. Bu tələbnamə həmçinin yeni yaradılan bankların nizamnamə kapitalına aiddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR