Nabranda iki nəfər bıçaqlanıb

Nabranda iki nəfər bıçaqlanıb
# 07 avqust 2012 07:41 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunun Nabran istirahət zonasında bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə avqustun 6-sı axşam saatlarında qeydə alınıb. Bakı şəhər sakinləri - 22 yaşlı Ənvər Hüseynov və 24 yaşlı Ramiz Rüstəmov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hər iki gənc müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxsin və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR