Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılacaq

Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılacaq
# 12 iyul 2012 12:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Konfederasiyası arasında işçilərin əmək hüquqlarının təmin olunmasına dair müzakirələr aparılacaq.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, yığıncaqda işəgötürənlərlə işçilərin hüquqlarının qorunması istiqamətində daha hansı addımların atılmasının vacibliyinə dair müzakirə aparılacaq: «Onları inandırmağa çalışacağıq ki, həmkarlar təşkilatlarının komitələrinin yaradılması özlərinə xeyirlidir».

S.Mehbalıyev qeyd edib ki, Azərbaycanda əmək hüquqlarının qorunması istiqamətində yetərli qədər qanunvericilik bazası formalaşıb: «Bu hüquq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmkarlar komitələri tərəfindən qorunur. Bundan başqa bizə müraciətlər olur ki, bu sahədə ortaya çıxan ciddi problemləri aradan qaldırmaq üçün pulsuz hüquqi yardımı əsirgəmirik. Belə məhkəmə çəkişmələrinin 90-95%-də həmkarlar təşkilatları işçinin xeyrinə prosesi udub. Çalışırıq ki, şikayətləri düzgün araşdıraq və qərarda ədalətsizliyə yol verməyək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR