Paşha Bank
Bank Of Baku

Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
# 27 noyabr 2026 15:31 (UTC +04:00)

Karyera hədəfi olan hər bir gəncin ən çox ehtiyac duyduğu şey real təcrübə və peşəkar yönləndirmədir. Yelo Bank gənclərin bu hədəflərə çatması yolunda mühüm addımlar atır. Növbəti belə addım Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq memorandumunun imzalanması olub.

Sənədi Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov və UNEC-in rektoru Ədalət Muradov imzalayıb. Memorandum universitet təhsilini bank təcrübəsi ilə birləşdirməyi hədəfləyir.

Əməkdaşlığın əsas istiqamətlərindən biri tələbələrin Bankın karyera və staj proqramlarına, istehsalat təcrübələrinə cəlb olunmasıdır. Bundan əlavə, tələbələr kapital bazarları və maliyyə məhsulları üzrə təlim və seminarlarda iştirak edəcək, karyera günləri və sərgilərdə Bankın mütəxəssisləri ilə görüşəcək. Peşəkar təlimlərdə iştirak edənlər sertifikat da əldə edəcək. Digər istiqamətlər də memorandumda nəzərdə tutulub.

Bu memorandum UNEC tələbələrinə dərsliklərdən öyrəndiklərini real bank mühitində tətbiq etməyə, bankçılığın müxtəlif sahələri ilə yaxından tanış olmağa imkan verəcək. Bankın mütəxəssisləri ilə ünsiyyət, təlimlər və vörkşoplar isə gənclərə iş həyatına inamla başlamağa kömək edəcək. Yelo Bank bu əməkdaşlıqla gənclərə karyera yolunda dəstək olmağı və gələcəyin bankirlərinin yetişməsində iştirak etməyi hədəfləyir.

Bank xidmətləri, eləcə də lombard krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR