Fidan Hacıyeva “Arşın mal alan” operettasında Gülçöhrə rolunda çıxış edib

Fidan Hacıyeva “Arşın mal alan” operettasında Gülçöhrə rolunda çıxış edib
# 30 noyabr 2015 15:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə tamaşaçılara təqdim olunub. APA-nın məlumatına görə, Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda hazırlanan tamaşa üçün xüsusi bir neçə dekorasiya hazırlanıb. Səhnə əsərində Gülçöhrə obrazını ilk dəfə teatrın solisti, xalq artisti Fidan Hacıyeva canlandırıb.

Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi tamaşada əsas rolları xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Fərid Əliyev, Gülüstan Əliyeva, Yadigar Muradov və başqaları ifa ediblər.

“Arşın mal alan” artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır.

Qeyd edək ki, F.Hacıyeva milli və klassik opera tamaşalarından olan “Sevil”, “Koroğlu”, “Karmen”, “Sevilya bərbəri”, “Aida”, “Arşın mal alan” tamaşalarında aparıcı partiyaları ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR