Gəncədə tələbə bıçaqlanıb

Gəncədə tələbə bıçaqlanıb
# 05 oktyabr 2015 15:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə Dövlət Universitetinin tələbəsi, 1986-cı il təvəllüdlü Murad Babarabov bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Tələbənin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR