Orta məktəblərdə dinlə bağlı biliklər tədris ediləcək

Orta məktəblərdə dinlə bağlı biliklər tədris ediləcək
# 29 avqust 2016 10:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi ilə “Həyat bilgisi” dərsliyi üzərində işləyir. Hesab edirik ki, orta məktəblərdə dinin, şəriətin tədrisindən söhbət gedə bilməz. Ancaq dinlə bağlı biliklərin genişləndirilməsinə ehtiyac var”.


APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Dini radikalizm və xurafat: Bir medalın iki üzü” mövzusunda dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G. İsmayılov bildirib ki, yaxın vaxtlarda cəmiyyət orta məktəblərin “Həyat bilgisi” dərsliyində dinlə bağlı bilgilərin genişləndirilməsinin şahidi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR