Tokio şəhərinin meri vəzifəsinə ilk dəfə olaraq qadın seçilib

Tokio şəhərinin meri vəzifəsinə ilk dəfə olaraq qadın seçilib
# 31 iyul 2016 20:13 (UTC +04:00)

Bakı-APA. Yaponiya paytaxtı Tokio şəhərinin meri vəzifəsinə ölkə tarixində ilk dəfə olaraq qadın seçilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiyanın sabiq müdafiə naziri Yuriko Koyike bu gün keçirilən seçkilərdə inamlı qələbə qazanıb.

2 milyon 912 min səs qazanan Y.Koyike sabiq nazir rəqibləri Hiroya Masuda və tanınmış journalist Süntaro Toriqoyeni arxada qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR