Bakı-APA. Gəncədə yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli inzibati binanın 5-ci mərtəbəsində dəhlizin döşəməsi 12 kv.m sahədə yanıb.
Yataqxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.