Avropanın ən güclü hücumçusu Azərbaycanda oynayır - STATİSTİKA

Avropanın ən güclü hücumçusu Azərbaycanda oynayır - <span style="color: red;">STATİSTİKA
# 29 yanvar 2016 08:43 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər klub turnirində “Telekom”, “Lokomotiv” və “Azərreyl”lə təmsil olunan Azərbaycan klublarının heyətində ən yaxşı göstərici yenə Aneta Havlikovaya məxsusdu.

Digər 2 komanda ilə müqayisədə pley-offa yüksələn “Lokomotiv”də çıxış edən Çexiya millisinin hücumçusu bombardirlər siyahısına başçılıq edir. Komandasının kapitanı 6 görüşün 22 setində 122 xal toplayıb. O, ən yaxın izləyicisi Natalya Obmoçayevanı (“Dinamo”, Moskva) cəmi 1 xal qabaqlayır. Lakin rusiyalı hücumçu təmsilçimizlə müqayisədə 3 hissə az meydanda olub.

Onunla yanaşı, ilk “onluq”da daha 3 voleybolçumuz yer alıb. Bunlar məhz qrup mərhələsindən sonra yarışa vida edən “Telekom”un üzvləri Ana Piriyeva (Kleger) və Yelizaveta Səmədova, həmçinin “Azərreyl”in blokçusu Cessika Consdu (Susan).

Qeyd edək ki, klublarımızın yerli voleybolçulara az güvənməsi sarıdan ilk “onluq”da yenə azərbaycanlı yer almayıb.

Ən çox xal toplayan

Klubu

Oyun sayı

Set sayı

Topladığı xal

1. Aneta Havlikova

Lokomotiv (Azərbaycan)

6

22

122

2. Natalya Obmoçayeva

Dinamo (Moskva, Rusiya)

6

19

121

3. Teresa Varqas

Agel (Çexiya)

6

21

117

...9. Ana Piriyeva (Kleger)

Telekom (Azərbaycan)

6

24

100

Ən yaxşı blokçular

Klubu

Oyun sayı

Set sayı

Topladığı xal

1. Lauren Gibbemeyer

Kasalmaqqiore (İtaliya)

6

26

29

2. Maya Polyak

Əczaçıbaşı (Türkiyə)

6

25

25

3. İvana Plçotova

Alba (Rumıniya)

7

27

25

...7. Cessika Cons (Susan)

Azərreyl (Azərbaycan)

6

20

20



Ən yaxşı top qəbul edənlər

Klubu

Oyun sayı

Set sayı

Düzgün qəbul (faizlə)

1. Karidad Matyenso

Agel (Çexiya)

4

12

42,62

2. Françeska Markon

Pyaçentsa (İtaliya)

6

21

42,37

3. Elitsa Vasileva

Dinamo (Kazan, Rusiya)

5

17

40,31


Topu oyuna ən yaxşı daxil edənlər

Klubu

Oyun sayı

Set sayı

Topladığı xal

1. Adina Salaoru

Alba (Rumıniya)

6

22

14

2. Miçel Bartş

Dresdner (Almaniya)

6

24

14

3. Klaudia Kajorovska

Atom (Polşa)

6

16

13

...10. Yelizaveta Səmədova

Telekom (Azərbaycan)

6

24

9

Ən yaxşı toppaylayıcılar

Klubu

Oyun sayı

Set sayı

Əla ötürmə (faizlə)

1. Fabiola Alves

Volero (İsveçrə)

3

6

62,96

2. Ezgi Dılik

Fənərbaxça (Türkiyə)

4

8

58,33

3. Naz Aydəmir

Vakıfbank (Türkiyə)

5

16

52,59

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR