Gömrük prosedurlarına riayət etməyən Qazax sakini saxlanılıb

Gömrük prosedurlarına riayət etməyən Qazax sakini saxlanılıb
# 04 mart 2016 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstandan Azərbaycana gələn Qazax rayon sakini Həsənov İlqar Məmməd oğlu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçən zaman idarə etdiyi “Naz Lifan” markalı, 35-BH-090 dövlət nömrə nişanlı minik avtomobilində Gürcüstandan gətirdiyi şəxsi istehlak miqdarından artıq meyvə yükünə görə gömrük vergi və rüsumlarını ödəməkdən, hətta pasportunu təqdim etməkdən imtina edib. Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

"Gömrük orqanı əməkdaşları qanunvericiliyin müvafiq müddəalarını xatırlatmaqla, izahat işləri apararaq İlqar Həsənovdan qanunlara əməl etməyi tələb etsələr də o, gömrükçülərin haqlı tələblərinə məhəl qoymayaraq asayişi pozmağa çalışıb. Yaranan problemlə əlaqədar Tovuz Gömrük İdarəsi rəhbərliyinin Qazax Rayon Polis Şöbəsinə müraciətindən sonra İlqar Həsənov saxlanılaraq polis şöbəsinə aparılıb və asayiş bərpa olunub", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR