Lənkəranda maşınla vurulan piyada ölüb - YENİLƏNİB

Lənkəranda maşınla vurulan piyada ölüb - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2016 20:33 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Veravul kənindən keçən hissəsində qeydə alınıb.

Rayonun Girdəni kənd sakini, 1961-ci il təvəllüdlü Allahyar İdris oğlu Əsədullayevin idarə etdiyi “Mercedes” markalı 42 BP 268 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən həmkəndlisi 1975-ci il təvəllüdlü Ələsgər Qasım oğlu İmamverdiyev vurub.


Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


***


20:49

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Viravul kənindən keçən hissəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan avtomobil yolu keçmək istəyən piyadanı vuraraq ona ağır bədən xəsarətləri yetirib. Piyada dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR