Ağstafada yaşayış evi yanıb, xəsarət alan var

Ağstafada yaşayış evi yanıb, xəsarət alan var
# 26 sentyabr 2016 10:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağstafada yaşayış evi yanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də saat 11 radələrində Ağstafa rayonunun Həsənsu kəndində yaşayan Rafiq Ələkbərovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanıb, R. Ələkbərovun həyat yoldaşı Gülarə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR