Hərbi hissələrdə "Açıq qapı" günü keçirilir

Hərbi hissələrdə "Açıq qapı" günü keçirilir
# 31 dekabr 2015 07:52 (UTC +04:00)

Bakı – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə, 31 dekabr saat 10.00-dan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Açıq qapı" günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Bu gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR