Lənkəranda qohumunun evindən oğurluq edən şəxs tutulub - FOTOSESSİYA - VİDEO

Lənkəranda qohumunun evindən oğurluq edən şəxs tutulub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 noyabr 2015 12:12 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib. Məlumata görə, rayonun Türkəkəran kənd sakini Fatma Məmmədrza qızı Abıyevanın evindən külli miqdarda qızıl-zinət əşyalarının oğurlanması faktı araşdırılarkən oğrunun ailənin yaxın qohumu olduğu məlum olub. Saxlanılan Astara rayonunun Şiyəkəran kənd sakini, 33 yaşlı Ramil Cəfər oğlu Quliyev oğurladığı qızıl-zinət əşyalarını yaşadığı evin həyətində basdırdığı yerdən çıxararaq istintaqa təhvil verib.

Oğurlanan qızıl və zinət əşyalarının ümumi dəyərinin 30 min manatdan artıq olduğu bildirilir.

Əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşamış Ramin Quliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR