Putin və Ərdoğan dekabrda Kazanda görüşəcək

Putin və Ərdoğan dekabrda Kazanda görüşəcək
# 15 oktyabr 2015 10:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın sonunda Rusiyanın Tatarıstan Respublikasına səfər etməyi planlaşdırır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım deyib. O bildirib ki, R. T. Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulur: “Dekabrın sonunda iki ölkə liderinin Kazanda, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında görüşməsi gözlənilir”.

Səfir qeyd edib ki, Rusiya və Türkiyə arasında sıx təmaslar müntəzəm olaraq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR