Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb

Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb
# 16 yanvar 2016 08:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatoru “BP-Azerbaijan” şirkəti Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədini hazırlayıb.

APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Rəy və təklifləri öyrənmək məqsədi ilə həmin sənəd ictimaiyyətə təqdim olunub.

Sənəddə layihənin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılır və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər təsvir olunur.

ƏMSSTQ sənədi və ona əlavə olunmuş qısa xülasə Azərbaycan və ingilis dillərində hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR