Salyan və Salyan-Neftçala Seçki Dairələrində seçkiləri 775 yerli müşahidəçi izləyir

Salyan və Salyan-Neftçala Seçki Dairələrində seçkiləri 775 yerli müşahidəçi izləyir
# 01 noyabr 2015 08:09 (UTC +04:00)

Salyan. Neftçala. Əlibəy Zeynallı-APA. Seçkiləri 59 saylı Salyan Seçki Dairəsi üzrə 494, Salyan-Neftçala Seçki Dairəsi üzrə 470 yerli müşahidəçi izləyir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 59 saylı Salyan Seçki Dairəsi üzrə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı birgə 2 (1, 3 saylı MnSK), “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 4 məntəqədə (14, 16, 19 və 22 saylı MnSK) “exit poll” keçirir.

60 saylı Salyan-Neftçala Seçki Dairəsi üzrə “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı birgə 2 (32, 33 saylı MnSK) və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 3 məntəqədə (3, 11 və 30 saylı MnSK) “exit poll” keçirir.

Qeyd edək ki, 59 saylı Salyan Seçki Dairəsindən və 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən ayrılıqda 7 nəfər deputatlığa namizəd var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR