Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Sentyabr
# 29 sentyabr 2016 18:12 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

OPEK üzvlərinin hasilatı azaltmaq barədə razılaşması bazarı bir anlıq da olsa canlandırdı. Qiymətlərin qısa müddətdə 8-10 dollar bahalaşması qərarın yaratdığı eyforiyanın təsiri idi. Amma bu təsir müvəqqəti olacaq, çünki, dünyanın aparıcı neft ölkələri hasilatı maksimum 750 min barel azaldacaqlar. O qədər də böyük və nefti ciddi şəkildə bahalaşdıracaq rəqəm deyil. Elə rəqəmin azlığı Vyanada müvafiq razılaşmanın imzalanacağını şübhə altına qoyur. Eyforiyadan ayılan bazar artıq “OPEK razılığa gəldi” xəbərinə deyil, “OPEK qərar əqbul edə bilməyəcək” ehtimalına köklənib. Bu səbəbdən qiymətlərin kiçik templərlə də olsa, aşağı düşəcəyi gözlənilir. “Goldman Sachs”ın qiymətlərin 10 dollar bahalaşacağına dair proqnozlarına iki səbəbdən bel bağlamağa dəyməz. Birincisi, qiymətlərin bahalaşmasında maraqlı olan tərəflərdən OPEK toplantısı sonrası belə açıqlamaların gəlməsi gözlənilən idi. İkincisi, “Goldman Sachs”ın neftlə bağlı proqnozları özünü bir qayda olaraq doğrultmur. Təkcə bu qurumun 2016-cı ildə neftin ortalama qiymətinin 20 dollar olacağına dair proqnozunu xatırlatmaq kifayətdir. Bazarda spekulyativ açıqlamaların meydan suladığı dönəmdə neftin qiymətinə dair proqnoz vermək üçün tək bir indikator qalır. ABŞ-ın neft və benzin ehtiyatlarının həcmi. Çərşənbə günü açıqlanacaq hesabat təkcə bazara təsiri baxımından əhəmiyyət daşımır, bu hesabat həm də ABŞ-ın neftin gələcəyini necə görmək istədiyini təxmin etməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR