Türkiyə PKK-nın İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib

Türkiyə PKK-nın İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib
# 15 mart 2016 00:24 (UTC +04:00)

Bakı-APA. Ankarada törədilən partlayışla əlaqəsi olan terrorçuların kimliyi müəyyənləşdirildikdən sonra Türkiyə Hərbi-Hava Qüvvələri PKK-nın İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Bundan əvvəl Davudoğlu PKK-nın Ankarada törədilən terror aktı ilə əlaqəli olmasını təsdiqləyən tutarlı faktların müəyyən edildiyini bildirib.

O həmçinin bildirib ki, hazırda terror aktı ilə əlaqədar 11 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR