"Fitch": "AzSığorta"nın ödəniş qabiliyyəti yüksəkdir

"Fitch": "AzSığorta"nın ödəniş qabiliyyəti yüksəkdir
# 03 dekabr 2015 07:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Fitch Ratings" "AzSığorta" şirkətinə "stabil" proqnozu ilə "B+" reytinqi verib.

Şirkətdən “APA-Economics”ə veriəln xəbərə görə, “Fitch Ratings” “AzSığorta”nın yüksək ödəniş qabiliyyətini təsdiq edib: “Yəni, şirkət nəinki hazırkı, hətta gələcək zərərlər üzrə ödəniş etməyə qadirdir. Bu isə hazırkı bazar durumunda çox vacib amildir. Həmçinin, şirkətdə risklərin qiymətləndirilməsi və idarə edilməsi, eləcə də, təkrarsığorta daxil olmaqla, sığorta müdafiəsinin dərəcəsi beynəlxalq normalara cavab verir".

Bir sözlə, "Fitch Ratings" “AzSığorta”nın maliyyə sabitliyini təsdiq edib.

İdarə heyətini birinci sədr müavini Aleksandr Kananadzenin rəyinə görə, reytinq agentliyi şirkətin fəaliyyətinə yüksək qiymət verib: "Son il ərzində qabaqcıl beynəlxalq təcrübələrin tətbiq edilməsinə dair şirkətin menecmenti tərəfindən çox böyük iş görülüb və bu onun məntiqi nəticəsidir. Hələ ki, bir çox fəaliyyət aspektləri yaxşılaşdırılmalıdır, görülməli işlər çoxdur, və biz bu istiqamətdə hərəkət etməyə davam edirik. Əlbəttə ki, ölkədə sığorta bazarının inkişafından, kapitallaşdırma səviyyəsinin artmasından, sığorta hadisələrin tənzimlənməsinin şəffaflığından, təkrarsığortanın gücləndirilməsindən və bir çox digər məqamlardan çox şey asılıdır".

Qeyd edək ki, bu günə “AzSığorta” beynəlxalq reytinqə malik ölkədə yeganə universal sığorta şirkətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR