Yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya verilib

Yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya verilib
# 14 oktyabr 2015 06:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) növbəti kompensasiya ödənişini həyata keçirib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, Büro tərəfindən 20 mart 2014-cü il tarixində saat 10:00 radələrində Goran-Naftalan yolunun Goranboy rayonu ərazisindən keçən 3-cü km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün ölməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat, digər vətəndaşın ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar isə 1500 manat məbləğində kompensasiya ödənişi verilib.

Kompensasiya poçt vasitəsi ilə 13 oktyabr 2015-ci il tarixində köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR