Co Bayden Türkiyəni hərbçilərini İraqdan çıxarmağa çağırıb

Co Bayden Türkiyəni hərbçilərini İraqdan çıxarmağa çağırıb
# 16 dekabr 2015 21:58 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə C.Bayden İraqın baş naziri Heydər Əl-Abadi ilə söhbətdə bildirib.

“Hərbi qüvvələr İraq hökumətindən icazəsiz yerləşdirilib. ABŞ İraqın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir, Türkiyəni də buna çağırır”, Ağ Evin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR