"Bank Silk Way" I rübü iri mənfəətlə başa vurub

"Bank Silk Way" I rübü iri mənfəətlə başa vurub
# 20 aprel 2016 13:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Silk Way” 2016-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. “APA-Economics” xəbər verir ki, 2015-ci illə müqayisədə bu ilin ilk üç ayında bankın aktivləri 35,64% artaraq 374,962 mln. manat olub.


Hesabat dövründə bankın kredit portfeli 57% artaraq 352,566 mln. manat təşkil edib.

I rübdə bankın öhdəlikləri 262,385 mln. manat manata çatıb. Bankın depozit portfeli 59,8% artaraq 145,554 mln. manat təşkil edib. Burada fiziki şəxslərin tələbli depozitlərinin payı 21,912 mln. manat, müddətli depozitlərinin payı isə 105,224 mln. manatdır.

Bankın nizamnamə kapitalı 2,4% artaraq 101 mln. 544,89 min manat, məcmu kapitalı 1,86% artaraq 112 mln 576,66 min manat olub.

“Bank Silk Way” I rübü 5 mln. 466 min 394,25 manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR