® Curved TV haqqında bilmədiyiniz 7 həqiqət

<font color=red>® </font>Curved TV haqqında bilmədiyiniz 7 həqiqət
# 01 avqust 2016 12:02 (UTC +04:00)

Qövsvari ekranlı televizorlar ənənəvi televizorlarla müqayisədə bir sıra danılmaz üstünlüklərə malikdir. İlk öncə qeyd edək ki, onlar təsvirin reallığında yeni bir mərhələyə addım atır.

Bəs nə üçün məhz Samsung Curved TV televizorları günbəgün daha böyük marağa səbəb olur?

1. Qövsvari ekranlı televizorun qövs dərəcəsi elə düşünülüb ki, o, təsvir qəbulunun reallığını maksimal dərəcəyə yüksəldir və insan özünü izləyici deyil, iştirakçı kimi hiss edir.

2. Curved TV televizorlarının dizaynında artıq heç nə yoxdur – inanılmaz nazik korpus, çərçivəsiz ekran, mükəmməl hamar, əlavə detalsız arxa örtük nöqsansız görünüş yaradır və istənilən küncdən mükəmməl görünür. Məhz buna görə qövsvari ekranlı televizor asanlıqla interyerin bir hissəsinə çevrilir.

3. Harvard universitetinin hamar və qövsvari ekranların müqayisəsi üzrə araşdırması əsasında məlum olmuşdur ki, Curved TV izləyicinin gözlərində gərginliyi hissolunacaq dərəcədə azaldır.

4. Curved TV-nin idman modulu izləyiciyə özünü idman yarışlarının mərkəzində hiss etməyə imkan verir. Artıq evdə, rahat şəraitdə mühüm oyunların heç bir anını diqqətdən qaçırmayacaqsınız.

5. Curved TV ilə izləyicilər maraqsız instruksiyaları unuda və sadə, sövqitəbii anlaşılan Smart Hub interfeysindən zövq ala bilər. Bu interfeys dördnüvəli mühərriki sayəsində istifadəçinin hərəkətlərinə ani olaraq əməl edir. Beləliklə, sizin sevimli kontentiniz hər zaman əlinizin altında olacaq.

6. Smart View funksiyası ilə siz smartfonunuzdakı bütün kontenti asan və tez şəkildə televizorun geniş ekranında işıqlandıra bilərsiniz. Onları, keyfiyyətinə heç bir zərər gətirmədən olduğu kimi görürsünüz.

7. Rəngötürməni mükəmmələşdirən Wide Color Enhancer texnologiyası təsviri maksimal real keyfiyyətdə canlandırır. İzləyici istənilən işıqlandırmada, habelə parlaq və işıqsız səhnələrdə bütün rəng incəliklərini, ən xırda detalları seçə bilir. Curved TV ekranında sizə qaranlıq otaqda qara pişiyi və Alyaska qarında qaradamını seçmək heç bir çətinlik yaratmayacaq!

Bütün göstərilən özəlliklər sayəsində qövsvari ekran sevimli verilişlərin və filmlərin seyri zamanı keyfiyyətli təsvir yaradır, gözləri yormur. Bundan əlavə, trendə uyğun dizaynı ilə interyerə özünəməxsus ahəng qatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR