Rusiyadan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb - TƏHLİL

Rusiyadan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb - <span style="color: red;">TƏHLİL
# 13 sentyabr 2016 12:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin II rübündə fiziki şəxslər tərəfindən pulköçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 239 mln. dollar təşkil edib.

APA-Economics” Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 63 mln. ABŞ dolları və ya 20,86% azdır.

Hesabat dövründə fiziki şəxslər tərəfindən Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta hesabla 589 ABŞ dolları olmaqla ümumilikdə 36 mln. dollar məbləğində vəsait köçürülüb ki, bunun da 25 mln. dolları rezident fiziki şəxslərin, 11 mln. dolları isə qeyri-rezident fiziki şəxslərin payına düşüb.

Bu ilin 6 ayı ərzində Rusiyadan Azərbaycana hər əməliyyat üzrə orta hesabla 381 ABŞ dolları olmaqla ümumilikdə 203 mln. dollar vəsait daxil olub ki, bunun da 105 mln. dolları rezident fiziki şəxslərin, 98 mln. dolları isə qeyri-rezident fiziki şəxslərin payına düşüb.

Statistikaya nəzər salanda məlum olur ki, bu ilin yanvar-iyun ayları ərzində fiziki şəxslər tərəfindən pulköçürmə sistemləri ilə Rusiyadan Azərbaycana daxil olan vəsaitin həcmi əks istiqamətdə göndərilən vəsaiti 5,6 dəfə üstələyir.

Xatırladaq ki, 2015-ci ilin II rübündə fiziki şəxslər tərəfindən Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta hesabla 801 ABŞ dolları olmaqla ümumilikdə 55 mln. dollar məbləğində vəsait köçürülüb ki, bunun da 38 mln. dolları rezident fiziki şəxslərin, 17 mln. dolları isə qeyri-rezident fiziki şəxslərin payına düşüb. Həmin dövrdə Rusiyadan Azərbaycana hər əməliyyat üzrə orta hesabla 507 ABŞ dolları olmaqla ümumilikdə 247 mln. dollar vəsait daxil olub ki, bunun da 140 mln. dolları rezident fiziki şəxslərin, 107 mln. dolları isə qeyri-rezident fiziki şəxslərin payına düşüb.

Ümumiyyətlə, 2016-cı ilin II rübündə pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 159 mln. dollar təşkil edib. Bu, 2015-ci ilin II rübü ilə müqayisədə 66 mln. ABŞ dolları və ya 29,33% azdır.

İllik göstəricidə azalma olsa da, bu ilin II rübünü I rübü ilə müqayisə edəndə məlum olur ki, aprel-iyun aylarında pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 56 mln. ABŞ dolları və ya 54,37%-lik artım olub. Xatırladaq ki, Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 103 mln. dollar idisə, II rübdə 159 mln. dollar olub.

Məlumata görə, bu ilin II rübündə Rusiyadan Azərbaycana 137 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 53 mln. ABŞ dolları və ya 63,1% çoxdur. Bu ilin aprel-iyun aylarında şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 490 ABŞ dolları köçürülüb. Xatırladaq ki, 2015-ci ilin II rübündə transsərhəd pul köçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 84 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pul köçürmənin orta məbləği 354 ABŞ dolları olub.

Bu ilin II rübündə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, illik müqayisədə burda azalma müşahidə olunub. Belə ki, 2016-cı ilin aprel-iyun aylarında hər əməliyyat üzrə orta məbləğ 460 ABŞ dolları olmaqla Azərbaycandan şimal qonşumuza ümumilikdə 22 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2015-ci ilin müvafiq dövründəkindən 13 mln. ABŞ dolları və ya 37,14% azdır. Başqa sözlə, 2015-ci ilin II rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 568 ABŞ dolları olmaqla ümumilikdə 35 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə görə, bu ilin II rübünü I rübü ilə müqayisə edəndə məlum olur ki, aprel-iyun aylarında şimal qonşumuza pul axını 3 mln. ABŞ dolları və ya 15,79% artıb. Belə ki, I rübdə Azərbaycandan Rusiyaya 19 mln. ABŞ dolları həcmində pul köçürülübsə, II rübdə bu göstərici 22 mln. ABŞ dollarına qədər artıb. I rübdə hər əməliyyat üzrə orta məbləğ 461 ABŞ dolları, II rübdə isə 460 ABŞ dolları təşkil edib.

Bu ilin II rübündə Rusiyadan fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə transsərhəd pulköçürmələrinin həcminə görə, MDB ölkələri arasında ilk yerdə Özbəkistan, sonuncu yerdə isə Türkmənistan qərarlaşıb. Belə ki, 2015-ci ildə Rusiyadan Özbəkistana 2 370 mln. ABŞ dolları, Türkmənistana isə 16 mln. ABŞ dolları məbləğində vəsait göndərilib. Azərbaycan siyahıda 6-cı yerdə dayanıb.

2016-cı ilin II rübündə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya MDB ölkələri arasında transsərhəd pulköçürmələrin həcmi

Rusiyaya köçürmələr

Rusiyadan köçürmələr

Dövriyyə

Köçürmələrin məbləği

( mln, ABŞ) dolları)

Bir köçürmənin orta məbləği (ABŞ dolları)

Köçürmələrin məbləği, mln. ABŞ dolları

Bir köçürmənin orta məbləği (ABŞ dolları)

Köçürmələrin məbləği, mln. ABŞ dolları

MDB ölkələri

355

490

1536

367

1891

Özbəkistan

21

1 172

474

423

494

Qırğızıstan

71

800

298

480

370

Qazaxıstan

130

512

100

738

230

Ukrayna

23

220

178

262

201

Tacikistan

28

402

156

202

185

Azərbaycan

22

460

137

490

159

Ermənistan

20

1 029

91

377

111

Moldova

11

483

67

347

78

Belarus

17

254

33

240

50

Türkmənistan

11

372

3

387

14

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR