Hava sabahdan pisləşəcək, qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Hava sabahdan pisləşəcək, qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq - <span style="color: red;">XƏBƏRDARLIQ
# 22 yanvar 2016 10:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Yanvarın 24-dən 27-dək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, 25-dən isə sulu qara, qara keçəcəyi gözlənilir. Yağıntının bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.

Yanvarın 23-ü axşamdan 27-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlədə güclü qərb küləyi əsəcək.

Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR