Bakı. Könül Kamilqızı - APA. Bu gün Naxçıvanda zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 4,6, dərinliyi 5 km olub.
Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.