TürkPA-nın baş katibi ATƏT-in Daimi Şurasında çıxış edib

TürkPA-nın baş katibi ATƏT-in Daimi Şurasında çıxış edib
# 24 iyul 2015 07:30 (UTC +04:00)

Bakı – APA. İyulun 23-də TürkPA baş katibi Jandos Asanov ATƏT-in Serbiya sədrliyinin dəvəti ilə ATƏT-in Vyanada keçirilən Daimi Şurasının iclasında iştirak edib.

TürkPA-dan APA-ya verilən məlumata görə, J. Asanov Daimi Şurada çıxış edərək TürkPA-nın fəaliyyəti, gələcək vəzifə və məqsədləri haqqında danışıb. O, qurumun qarşılıqlı maraq doğuran məsələlərə diqqət çəkməklə ATƏT və onun orqanları ilə sıx dialoqlarını davam etdirmək niyyətində olduğunu deyib. J. Asanov bildirib ki, türk əməkdaşlığının parlament qurumu olaraq assambleya ATƏT-lə üzv ölkələrdə sabit və davamlı inkişafın təmin edilməsinə yönəlmiş eyni məqsəd və prinsipləri bölüşür.

Baş katib TürkPA-nın Bakıda keçirilmiş Birinci Avropa Oyunlarına göstərdiyi mənəvi dəstəkdən də bəhs edib: “Bu, Avropa idman icmaları arasında dostluq və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə dəstək verən dünya miqyaslı gözəl və möhtəşəm idman hadisəsi idi. Yeni inşa edilmiş idman məkanlarında keçirilən oyunlar 6000-dən çox Avropa atleti və yarışçılarını bir araya gətirdi. Qonaqlar həmçinin ev sahibi ölkənin zəngin mədəni və tarixi irsinə nəzər yetirmək imkanı da əldə etdi. Çox sevindirici haldır ki, qısa zaman kəsiyində TürkPA-nın qurucu üzvlərindən və ATƏT-in fəal iştirakçı dövlətlərindən biri belə böyük və nəcib vəzifənin öhdəsindən gələ bildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR