İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 11 sentyabr 2015 15:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən xəbərə görə, sentyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” Qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Habit, Qarakollar, Aşıqbayram, Ustal, Mollauşaq, Hardamalı, Kürtelli, Qaçqınlar və Kürdmaşı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR