Rusiyada məhkəmədə baş verən silahlı insidentin təfərrüatları məlum olub

Rusiyada məhkəmədə baş verən silahlı insidentin təfərrüatları məlum olub
# 01 avqust 2017 16:18 (UTC +04:00)

Moskva vilayət məhkəməsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə Moskva vilayətində çoxsaylı cinayətlərdə ittiham olunan "GTA dəstəsi" adı altında fəaliyyət göstərən cinayətkar dəstənin məhkəməsi zamanı baş verib.

Cinayətkar dəstənin beş nəfər üzvünü gətirən konvoya liftə hücum olub. Məhkəmə binasının dördüncü mərtəbəsində lift dayanıb. Bundan istifadə edən dəstə üzvləri konvoyun üzərindəki silahları götürərək, onlara ağır bədən xəsarətləri yetiriblər.


Lakin məhkəmə binasında olan “Rosqvardiya”nın əməkdaşları bunun qarşısını alıblar. Dəstə üzvləri ilə “Rosqvardiya” əməkdaşları arasında atışma baş verib. Nəticədə cinayətkar dəstənin 3 üzvü hadisə yerində öldürülüb, digər iki nəfər isə zərərsizləşdirilib.


Atışma zamanı “Rosqvardiya”nın əməkdaşı da yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində bir polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi açılıb, araşdırma aparılır. Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko hadisənin "GTA dəstəsi" tərəfindən törədildiyini təsdiqləyib. Onun sözlərinə görə, dəstə üzvləri məhkəmədən qaçmağa cəhd edərkən məhv edilib.

Qeyd edək ki, "GTA dəstəsi" adlı cinayətkar dəstənin üzvləri Moskva vilayəti ərazisində müxtəlif ağır cinayətlərdə ittiham olunur. Onlar 17 nəfərin qətlində və digər ağır cinayətlərdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR