İsrail ordusu ilə toqquşmalarda ölən fələstinlilərin sayı artıb - YENİLƏNİB-1

İsrail ordusu ilə toqquşmalarda ölən fələstinlilərin sayı artıb  - <span style="color: red;">YENİLƏNİB-1
# 06 aprel 2018 23:26 (UTC +04:00)

Aprelin 6-da Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 9 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib.

“Ölənlərdən 1-i uşaqdır. Xəsarət alanların sayı isə 1000 nəfəri keçib. Martın 30-dan etibarən Qəzza zolağının sərhədində ölən fələstinlilərin sayı 30-a çatıb, 2 500-dən çoxu yaralanıb”, deyə R.Mənsur qeyd edib. İsrail hökuməti bölgədə vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb.

***

21:11

Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 5 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Onun sözlərinə görə, ümumilikdə iğtişaşlar zamanı 922 fələstinli yaralanıb, onlardan 218-i güllə yarası alıb.

***

20:14

Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli nəfər ölüb, 350-si müxtəlif dərəcəli xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

“Bu gün saat 18:00 üçün olan məlumata əsasən, İsrail ordusunun açdığı atəş nəticəsində 3 fələstinli ölüb, 117-si güllə yarası almaqla, 350 fələstinli yaralanıb”, deyə Ə.əl-Kidra qeyd edib.

Qeyd edək ki, keçən həftənin cümə günü fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR