Nazir: "Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar ötən il 39,1% artıb"

Nazir: "Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar ötən il 39,1% artıb"
# 16 yanvar 2020 11:56 (UTC +04:00)

"Azərbaycanda 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26%, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1% artıb".

"APA-Economics"in məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirib və büdcədən transfertin DSMF-in gəlirlərində payının 2017-ci ildəki 38,1%-dən 2020-ci ildə 29,6%-ə enməsi gözlənilir.

M. Cabbarov 2020-ci il və ortamüddətli perspektivdə ölkə iqtisadiyyatının qarşısında duran hədəflər barədə də məlumat verib.

Nazir bildirib ki, qarşıda duran strateji vəzifə ortamüddətli dövrdə iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, uzunmüddətli dövrdə isə iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır. Bunun üçün hökumət qarşısında bir sıra hədəflər müəyyən edilib. Bunlar qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR