Bu il Azərbaycanda dizel istehsalı 6% artıb

Bu il Azərbaycanda dizel istehsalı 6% artıb
# 14 iyul 2018 12:32 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 664,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 6 ayında ölkədə avtomobil benzininin istehsalı 0,6% azalaraq 614,7 min ton olub.

Bu müddət ərzində dizel yanacağının istehsalı 5,9% artaraq 1 015,6 min ton təşkil edib.

Bu ilin yarım ilində sürtkü yağlarının istehsalı 3 dəfə artaraq 38,9 min ton, neft bitumunun istehsalı 79,6% artaraq 38,9 min olub. Neft koksunun istehsalı 22,8% artaraq 130,7 min ton olub.

Bu ilin yanvar-iyun aylarında yanacaq mazutunun istehsalı 86,2: azalaraq 33,3 min ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR