Qazaxıstanda teleaparıcı liftə minərkən ölüb

Qazaxıstanda teleaparıcı liftə minərkən ölüb
# 09 aprel 2018 12:25 (UTC +04:00)

Qazaxıstanda televiziya aparıcısı Ayzat Abdisamat liftə minmək istəyərkən qəza baş verib və o, ölüb.

APA-nın “life.ru”ya istinadən verdiyi məlumata görə, hadisə aprelin 4-də 27 yaşlı aparıcının 3 yaşlı qızının gözü qarşısında baş verib.

A. Abdisamat əvvəlcə qızını içəri buraxıb, sonra isə özü liftə daxil olmaq istəyib, lakin bu zaman liftin qapıları qəflətən bağlanıb və lift yuxarı qalxmağa başlayıb. Bir mərtəbə getdikdən sonra lift dayanıb, lakin qadın şaxtada sıxılmış vəziyyətdə qalıb.

Sonra qadının meyiti qonşuları və həyat yoldaşı tərəfindən aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR