Tovuzda avtomobil piyadanı vurub

Tovuzda avtomobil  piyadanı  vurub
# 15 yanvar 2017 17:20 (UTC +04:00)

Tovuzda sərxoş piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun veridyi məlumata görə, hadisə Tovuz şəhərində, Sabir küçəsində qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Röyal Namazov müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

R. Namazovun hansı şəraitdə və hansı avtomobillə vurulduğu hələ ki, məlum deyil. Piyadanın ağır dərəcəli sərxoş olduğu bidlirilir.

Faktla bağlı Tovuz rayon Polsi Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR