“Azərbaycanfilm” kinostudiyasının elan etdiyi müsabiqə baş tutmayıb

“Azərbaycanfilm” kinostudiyasının elan etdiyi müsabiqə baş tutmayıb
# 10 noyabr 2016 13:30 (UTC +04:00)

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının bu ilin aprel ayının 11-də elan etdiyi “Motivlər 3” qısametrajlı bədii film ssenari müsabiqəsi baş tutmayıb.

APA-nın kinostudiyanın saytına istinadən verdiyi məlumata görə, buna səbəb kimi münsiflər heyəti üzvlərinin rəyinə əsasən, təqdim edilən işlər arasında lazımi səviyyədə film layihələrinin kifayət qədər olmaması göstərilir.

Qeyd edək ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə elan olunub. Müsabiqədə 35 yaşınadək olan müəlliflər iştirak edə bilərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR