Bakıda quldurluqla məşğul olan gənclərin cinayət işi məhkəməyə göndərilib

Bakıda quldurluqla məşğul olan gənclərin cinayət işi məhkəməyə göndərilib
# 02 mart 2019 13:05 (UTC +04:00)

Quldurluqda təqsirləndirilən Emin Mənsimov və Mirzaman Kamilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. İş hakim hakim Nəriman Mehdiyevin icraatında araşdırılacaq. Hazırlıq iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 26-da polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, iki nəfər metronun "Qara Qarayev" stansiyasının yaxınlığında tanımadığı onu döyərək, “LG” markalı mobil telefonunu alıblar. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri - Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq əməllərini etiraf ediblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR