Natiq Əliyev OPEC-in Vyanada keçiriləcək iclasında iştirak edəcək

Natiq Əliyev OPEC-in Vyanada keçiriləcək iclasında iştirak edəcək
# 25 noyabr 2016 13:40 (UTC +04:00)

Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin noyabrın 28-də keçiriləcək II iclasında Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda ölkələrin neft hasilatında payının müəyyənləşdirilməsi, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılması və qərar qəbul edilərsə, onun idarəetmə mexanizminin yaradılması kimi məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, 28 sentyabr tarixində OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-formal görüşündə gündəlik neft hasilatının 32,5 - 33 mln. barel səviyyəsində dondurulması barədə ilkin razılıq əldə edilib, oktyabrın 29-da isə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və üzv olmayan ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli Komitəsinin I iclası keçirilib. Yekun qərarın noyabrın 30-da OPEC-in Nazirlər Şurasının iclasında qəbul edilməsi üçün Əlcəzair sazişində qeyd olunan rəqəmin üzv dövlətlər arasında bölüşdürülməsi, “Yol xəritəsi”nin müəyyənləşdirilməsi barədə razılıq əldə olunması məqsədilə Yüksək Səviyyəli Komitənin II iclasının keçirilməsinə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR