Putin: “Normand dördlüyü” liderləri Minsk razılaşmalarına sadiq qaldıqlarını təsdiqləyiblər”

Putin: “Normand dördlüyü” liderləri Minsk razılaşmalarına sadiq qaldıqlarını təsdiqləyiblər”
# 20 oktyabr 2016 01:32 (UTC +04:00)

Bakı-APA. “Normand dördlüyü” liderləri Minsk razılaşmalarına sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Berlində bəyan edib.

“Görüşdə həmçinin ATƏT-in Ukraynadakı missiyasının genişləndirilməsinə dair razılığa gəlinib”, deyə V.Putin vurğulayıb.

Onun sözlərinə görə, görüşdə bir sıra humanitar xarakterli məsələlərə də aydınlıq gətirilib: “Bu sahədə irəliləyiş cüzidir”.

Xatırladaq ki, oktyabrın 19-da Berlində “Normand dördlüyü” liderlərinin görüşü baş tutub.l Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında danışıqlar “bağlı qapılar” arxasında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR