16 aylıq maksimumu yeniləyən Brent nefti cüzi ucuzlaşıb

16 aylıq maksimumu yeniləyən Brent nefti cüzi ucuzlaşıb
# 02 dekabr 2016 06:03 (UTC +04:00)

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar azalaraq 50,65 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,63 dollar azalaraq 53,31 dollar olub.

Bir barelinin dəyəri 54,02 dollara yüksələn Brent nefti 16 aylıq maksimumu yenilədikdən sonra cüzi ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR